Rusiya hərbi qüvvələri son bir həftə ərzində Baxmutun daha beş faizini ələ keçiriblər və hazırda şəhərin təxminən 65 faizi onlardadır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ISW qeyd edir ki, “Vaqner”in bölmələri cənubdan mərkəzə, bazara və Şəhər Şurasının binasının yanında yerləşən Mədəniyyət Sarayına doğru irəliləyib.
“Vaqner”in şəhərin şimal-qərbində AZOM əlvan metallar emalı zavodunun ərazisini tamamilə ələ keçirərək cənuba doğru - sənaye zonasına irəlilədiyi də bildirilib.