30 Mart 2023 16:10
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyadan S-400 alması səbəbindən Türkiyəni çıxardığı F-35 proqramında axsamalar davam edir.

Teleqraf.com xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Maykl Şmit Senata müraciətində fevraldan etibarən F-35 döyüş təyyarələrinin yalnız yarısının (53.1 faizinin) xidmətə hazır olduğunu açıqlayıb.

65 faiz hədəfindən yayındığını, bunun qəbuledilməz olduğunu bildirən Pentaqon rəsmisi manevr uçuşları, təlim və sınaq kimi detallar ortaya qoyulduqda, bütün tapşırıqları tam yerinə yetirə bilən təyyarələrin nisbətinin 30 faizin altında olduğunu deyib.

540-dan çox F-35-dən ibarət ABŞ Hərbi Hava Qüvvələri 2020-ci ildə oxşar problemlərlə üzləşmişdi, onda tam gücü 39 faizə düşmüşdü.

Eyni zamanda, F-35 proqramının rəhbəri olan Şmit çətin proseslə bağlı qeyd edib: “Bu, qəbuledilməzdir, hazırlığı maksimuma çatdırmaq mənim əsas prioritetimdir”.

Şmit qeyd edib ki, qarşıdakı 1 ildə hədəfi bu faizi ən azı 10-a çatdırmaqdır.

Sözügedən rəqəmlərin müvəqqəti enişi və ya uzunmüddətli tendensiyanın başlanğıcını ifadə edib-etmədiyi məlum deyil.

Şmitin açıqlamasında təyyarənin əməliyyat hazırlığının zəifləməsinin səbəbləri göstərilməsə də, keçmişdə ehtiyat hissələrinin olmaması, eləcə də mühərrik komponentlərinin gözlənildiyindən daha tez-tez sıradan çıxması ən mühüm səbəb kimi göstərilib.


Müəllif: Mənsur Rəğbətoğlu