1 Aprel 2023 08:18
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayden may ayında III Çarlzın tacqoyma mərasimində iştirakABŞ prezidenti Co Bayden III Çarlzın may ayında Londonda keçiriləcək tacqoyma mərasimində iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Tacqoyma mərasiminə Amerika prezidentinin yerinə ABŞ-ın birinci xanımı Cil Bayden gələ bilər.

Nəşr bildirib ki, xarici səfərlər 80 yaşlı dövlət başçısına mənfi təsir göstərir, ona görə də prezident administrasiyası onların sayını minimuma endirməyə çalışır, yalnız ən zəruri xarici səfərləri saxlayır.


Müəllif: Teleqraf.com