ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyada casusluqda şübhəli bilinərək Lefertovo həbsxanasında saxlanılan amerikalı jurnalist, “Wall Street Journal”ın müxbiri Evan Qerşkoviçlə görüşü təmin etmək üçün hələ də çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
Qeyd olunur ki, ABŞ rəsmiləri Rusiyanın jurnalistə qarşı casusluq ittihamlarını “gülünc” adlandırıblar.
“Səfirliyimizdən heç kim onunla görüşə bilmədi. Təbii ki, biz bunun üzərində işləməyə davam edirik və onun vəziyyətini öyrənmək üçün konsulluq icazəsi alana qədər işləməyə davam edəcəyik”, - Kirbi bildirib.