ABŞ hökuməti bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi mətbuat konfransında bildirib.
Xatırladaq ki, ABŞ hökuməti Ukraynaya hərbi yardım çərçivəsində növbəti 2,6 milyard dollarlıq yardım paketini açıqlamaq niyyətində olduğunu bildirmişdi.
Hərbi yardım paketinə müxtəlif döyüş sursatları, o cümlədən tank mərmiləri, tank əleyhinə raketlər, həmçinin hava hücumundan müdafiə radarları və yanacaq daşıyan maşınların da daxil olacağı qeyd olunmuşdu.