5 Aprel 2023 00:12
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Dəniz Donanmasının Qara dənizdəki gəmilərinin sayı artırılaraq 11-ə çatdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Rusiyanın Qara dənizdə bir sualtı və iki yerüstü raketdaşıyıcısı döyüş növbəsinə çıxarılıb. Ümumi potensiala 20 ədəd “Kalibr” tipli qanadlı raket kompleksi də daxildir.

Dünənki məlumata görə, Qara dənizdə rus qüvvələrinin dənizdə 7 gəmisi, o cümlədən 3 ədəd “Kalibr” daşıyıcısı döyüş növbətçiliyində olub.

Aprelin 3-də Ukrayna Hərbi Dəniz Qüvvələri komandanlığı bildirib ki, Qara dənizdə rusların beş gəmisi , o cümlədən iki “Kalibr” raket daşıyıcısı döyüş növbətçiliyi aparıb. Ümumi yaylım atəşi sistemi (MLRS) 12 raketə qədər olub.

Qeyd edək ki, Rusiya Qara dənizdən Ukrayna ərazilərinə dəfələrlə qanadlı raketlərlə hava zərbələri endirib. Ukrayna indiyədək Rusiya ordusunun 911 qanadlı raket sistemini məhv edib.


Müəllif: Mənsur Rəğbətoğlu