“Azərbaycan ordusu çox güclüdür və döyüşmək qabiliyyətinə malikdir, İran ordusunu üstələməyə qadirdir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç deyib.
“İranlılar tanklarını ora-bura sürərək, Azərbaycan və Türkiyəni qorxutmağa çalışırlar, amma məsələ budur ki, qorxmurlar. Hətta yəqin ki, İranın onlarla döyüşməsini istəyirlər”, - Arestoviç bildirib.
Ukraynanın keçmiş rəsmisi İranda (Güney Azərbaycanda) milyonlarla azərbaycanlının yaşadığını söyləyib. Arestoviç bunun da Azərbaycanın xeyrinə olan amillərdən bir olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu durumda İsrail və ABŞ-ın yaranmış vəziyyətdən istifadə etmək imkanı var.