7 Aprel 2023 11:14
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri son 24 saat ərzində cəbhənin müxtəlif istiqamətlərində Rusiya ordusunun 40-dan çox hücumunun qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələri əsas səylərini Liman, Baxmut, Avdiv və Marin bölgələrinə yönəldib.

Rusların Liman istiqamətində Kreminna və Spirniyə hücum cəhdləri uğursuzluqla bitib.

Baxmut şəhərinə hücum davam edir. Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Orixovo-Vasilivka, Boqdanivka və Bila-Qora rayonlarında rusların 16 hücumunu dəf edib.

Avdiv və Marində ruslar 4 istiqamətdə hücum əməliyyatı keçirsə də, itkilərlə geri çəkilməli olub. Hazırda Marin uğrunda şiddətli döyüşlər davam edir. Cəbhənin bu hissəsində Ukrayna Silahlı Qüvvələri rusların 19 hücumunun qarşısını alıb.

Son zamanlarda tez-tez hücuma məruz qalan Şaxtyor istiqamətində həmlə qeydə alınmayıb.

Bundan başqa, Ukrayna aviasiyası Rusiya ordusunun canlı qüvvə və texnikasının cəmləşdiyi ərazilərə dağıdıcı zərbələr endirib.

Baş Qərargahın məlumatına görə, ukraynalılar rusların 3 PUA-sını və 3 aviabombasını məhv etməyə müvəffəq olub.

Cəbhədəki uğurları raket qoşunları və artilleriya bölmələri də davam etdirib. Bu bölmələr gün ərzində Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi 2 əraziyə, 2 yanacaq anbarına və elektron döyüş məntəqəsinə zərbələr endiriblər.

Ümumilikdə son günlərdə rusların hücumlarının sayında kəskin azalma müşahidə olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər