30 Dekabr 2014 17:18
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran şəhər Təcili Tibbi Yardım Mərkəzi elan edib ki, bazar ertəsi Tehranda çirkli hava bir gündə 400 nəfərin xəstəxanalara müraciət etməsinə səbəb olub.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, xəstəxanalara müraciət edənlər ürək və tənəffüs xəstəliklərindən əziyyət çəkən şəxslər olublar.

Mərkəzin sədri Həsən Abbasi deyib ki, Tehranda ürək və tənəffüs xəstəliklərindən əziyyət çəkən şəxslərin sayı artıb.

İran KİV-lərinin məlumatına görə, Tehranda havanın çirkli olması səbəbindən hər saat iki nəfər vəfat edir. Tehranda havanın çirklənməsinə gətirib çıxaran başlıca amil nəqliyyat vasitələridir.
Beynəlxalq KİV-in məlumatına görə, Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb. Bundan öncə dəfələrlə havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblərdə tətil olub. Rəsmi məlumatlara görə, hazırda Tehranda 12-13 milyon nəfər yaşayır.


Müəllif: