Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pasxa bayramı münasibətilə təbrik ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğan Türkiyədəki xristianları Pasxa bayramı münasibətilə təbrik edib.
“Keçmiş zamanlardan bu günümüzə qədər fərqli inanclar, mədəniyyətlər və adət-ənənələr sülh və əmin-amanlıq içində, azad şəkildə Anadolu torpaqlarında yaşayır. Bu birlik, həmrəylik və qardaşlıq xüsusiyyətlərimizi yaşatmağa davam edirik.
Türkiyə Cümhuriyyəti olaraq hər bir vətəndaşımızı bu böyük millətin müstəsna sərvəti kimi görürük. Hamımız birlikdə daha güclü və firavan gələcəyə doğru çiyin-çiyinə addımlayırıq. Pasxa bayramı münasibətilə xristian vətəndaşlarımıza və bütün xristianlara firavanlıq arzu edirəm”, - deyə Ərdoğan qeyd edib.