Perunun qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "La Republica" qəzeti xəbər verib.
Məlumata əsasən, qəza zamanı Huanuko şəhərindən Limaya gedən avtobusda 76 nəfər olub. Xəsarət alanlardan 12-si aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib.
Sərnişin daşıyan nəqliyyat şirkətindən bildirilib, avtobus yük maşını ilə toqquşaraq uçurumdan aşıb