Avstriya prokurorluğu Qazaxıstan prezidentinin keçmiş kürəkəni və hakimiyyətin tanınmış opponenti olan Rahat Əliyevə qarşı qətl ittihamı irəli sürüb.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Qazaxıstanın Avstriyadakı sabiq səfiri 2007-ci ildə vətənində iki yüksək rütbəli bank menecerini qətlə yetirməkdə ittiham olunur.
Avstriya Rahat Əliyevin ekstradisiyası barədə Qazaxıstanın müraciətlərini rədd etdikdən sonra sabiq diplomata qarşı cinayət araşdırmasına başlayıb.
Rahat Əliyev irəli sürülən ittihamları siyasi motivli kimi rədd edir.
İyun ayında o Avstriya hakimiyyətinə təslim olunduqdan sonra istintaq təcridxanasında saxlanılır.
Reuters agentliyinin məlumatına görə, məhkəmə şərtləri Əliyevin zəminə buraxılmasını nəzərdə tutmur.
Təqsirkar tanınsa, ona 10 ilədək həbs cəzası kəsilə bilər.
Rahat Əliyev prezident Nazarbayevin böyük qızının əri olub.
O bir vaxtlar Milli Təhlükəsizlik Kömitəsi, Vergi Xidməti və Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.
2008-ci ildə Qazaxıstan məhkəməsi cinayət qrupunun təşkili, adam oğurlanması və hakimiyyəti ələ keçirmək ittihamları ilə bağlı ölkəni artıq tərk etmiş Rahat Əliyevə uzunmüddətli həbs cəzası kəsib.
Samir