14 Aprel 2023 00:12
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Rusiyanın “Vaqner” özəl hərbi şirkəti və Federal İnformasiya Agentliyini (RİA FAN) bir sıra fiziki və hüquqi şəxslərin daxil olduğu qara siyahıya əlavə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə cümə axşamı müvafiq reqlamenti dərc edən “Aİ-nin Rəsmi Jurnalı”nda məlumat verilib.

Məlumata görə, “Vaqner” və RİA FAN “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və təhdid edən hərəkətlərin maddi cəhərdən dəstəklənməsinə görə məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Avropa İttifaqı Moskvaya qarşı 10 iqtisadi və fərdi sanksiyalar paketi tətbiq edib. Onlar 1500 fiziki və 207 hüquqi şəxsi əhatə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər