İYİ Partiya sədri Meral Akşənərin müşavirlərindən olan Həsən Sami Özvarinli partiyasından istefa verərək AK Partiyə keçib.
Teleqraf.com xəbər verir ki, təqdimat yığıncağına qatılan Özvarinliyə AK Partiya Ümumi Başçı Köməkçisi Mehmet Özhaseki tərəfindən partiya nişanı verilib.
Özvarinli bildirib ki, hər insan həqiqəti deyə bilməz, buna cəsarət lazımdır.
"Amma hər bir insan səhv gördükdə arxasını çevirməyi bilməlidir. Bu gün sizin aranızda olmaqdan çox qürur duyuram. 2 uşaq atası kimi bu ölkənin sahiblərinə, bu vətən övladlarına xəyanət etməyə bir dəqiqə belə vaxtım olmadığı qənaəti ilə buraya gəlməyimdən şərəf duyuram.
30 gün ərzində bu qardaşınız dayanmayacaq, may ayında FETÖ-çülərlə, PKK ilə birləşib bu ölkəni bazara çıxaranlara imkan verməyəcəyik"