PKK terror təşkilatının liderlərindən biri Duran Kalkan Türkiyədə keçiriləcək seçkilər öncəsi yenə Cümhur İttifaqını (AKP-MHP) hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, AKP və MHP-ni devirməyi hədəflədiklərini deyən baş terrorçu müxalifətin “Yeddilik” blokuna mesaj verib.
“Çağırış edirəm: AKP-MHP-nin devrilməsini əsas gündəmlərinə çevirsinlər”, - PKK lideri bildirib.
Duran Kalkan həmçinin körpə qatili, PKK lideri Abdullah Öcalana azadlıq istəyib.
Bundan əvvəl “Yeddilik” blokunun namizədi, CHP sədri Kamal Kılıçdaroğluna dəstəklədiyini yeniləyən terrorçu belə demişdi:
“Müxalifət vardı – “Altılıq Masası”. Daxili çaşqınlıq vardı. Bu haqda çox danışmayaq. İnanırıq ki, öz birliklərini gücləndirəcəklər, böyüyə bilərlər. Önləri açıqdır, həmişə demişəm. AKP və MHP-yə qarşı səkkiz ildir ən böyük mübarizəni PKK və HBDH aparıb”.
PKK terror təşkilatının siyasi qanadı HDP də müxalifətin “Altılıq Masası”na qoşulub. Təşkilat seçkidə Kılıçdaroğlunun namizədliyini dəstəkləyəcəyini açıqlayıb.