20 Aprel 2023 12:06
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kameralar izdiham arasında Fransa Prezidenti Emmanuel Makrona atılan yumurtanın onun alnına necə dəydiyini çəkib.

Teleqraf.com xəbər verir ki, hadisə Elzasda seçicilərlə görüş zamanı, prezident insanlarla ünsiyyətdə olarkən baş verib.

Təhlükəsizlik əməkdaşları dərhal reaksiya verərək, Makronu oradan uzaqlaşdırıblar.

Yeri gəlmişkən, Fransa liderinə yumurta atılması ilk dəfə deyil. Oxşar hadisə martda və illər əvvəl Makron prezidentliyə namizəd olarkən də baş vermişdi.

Eyni zamanda, Makron Elzasda mübahisəli pensiya islahatı qanununun qəbuluna görə fit və tənqidi şüarlarla qarşılanıb.

Bundan əvvəl Fransa hakimiyyəti ölkədə pensiya yaşının artırıldığını elan edib, bu, ölkədə kütləvi etirazlara səbəb olub, polislə toqquşmalarla nəticələnib. Bütün bunlara baxmayaraq, Fransa Konstitusiya Məhkəməsi pensiya islahatlarını qanuni hesab edib.

Olayın videogörüntüsü:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər