24 Aprel 2023 18:07
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında Moskvanın işğal altındakı Ukrayna ərazilərində yaşayanların Rusiya pasportu almağa məcbur etdiyi bildirilir.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə Xerson sakinlərinə xəbərdarlıq edildiyi, iyuna qədər Rusiya pasportunu almayan hər kəsin deportasiya olunacağı deyilir.

“Xerson sakinlərinə xəbərdarlıq edilib ki, 1 iyun 2023-cü il tarixinədək Rusiya pasportunu almayanlar deportasiya olunacaq, əmlakları müsadirə olunacaq. Rusiya 2022-ci ilin fevral işğalından əvvəl Donetsk və Luqanskda olduğu kimi, pasportlardan işğal olunmuş ərazilərin “ruslaşdırılması” üçün alət kimi istifadə edir. Ola bilsin ki, Rusiya 2024-cü il prezident seçkiləri ərəfəsində işğalı “uğur” kimi göstərmək üçün Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya inteqrasiyasını asanlaşdırmağa çalışır”, - hesabatda qeyd edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər