Peskov Putinin səhhəti barədə danışdı.
Peskov deyib ki, Putinin elə sağlamlığı var ki, bunu hər kəs özünə arzu edə bilər.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov təhsil marafonunda çıxışı zamanı deyib.
“Rusiya prezidenti Vladimir Putinin ancaq özünə arzu edə biləcəyi sağlamlıq növü var. Bu bilikdir”
Mətbuat katibi tədbirdə iştirak edənlərə müraciət edərək qeyd edib ki, onlar yəqin ki, ölkənin necə prezidenti olduğunu özləri də görürlər.
“O, necə olubsa, indi də elədir: meqaaktiv idi. Onunla işləyənlər çətinliklə ona ayaq uydura bilirlər. Onun enerjisinə ancaq həsəd aparmaq olar”- deyə sözçü bildirib.