25 Aprel 2023 01:02
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransı zamanı Vaşinqtonun təsiri altında olan Ukrayna hakimiyyətinin xüsusi hərbi əməliyyatın ildönümündə Moskvaya hücum etməyə cəhd etməməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazır.

“Mən heç bir iddia edilən kəşfiyyat sənədlərini şərh etməyəcəyəm” – Blinken bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin Rusiya təcavüzündən müdafiə ilə bağlı qərarlarını ukraynalıların özləri verməlidir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər