Türkiyə və anti-İslam təxribatları ilə tez-tez gündəmdə olan İsveç daha bir skandala ev sahibliyi edəcək.
Teleqraf.com xəbər verir ki, yeni terror qanununun təsdiqlənməsi gözlənilən İsveçdə bu dəfə Türkiyə bayrağı yandırma aksiyası planlaşdırılıb.
İsveç mətbuatı bildirir ki, Türkiyə Prezidenti Rəcəb Ərdoğanın istədiyi kimi, terror qanunu gələn həftə səsə qoyulacaq.
İsveçli siyasətçilərin sərt şəkildə tənqid edildiyi xəbərdə “Allt ät alla Gothenburg” adlı qrupun bütün dünyanın gözü qarşısında Türkiyə bayrağını yandırmağa hazırlaşdığı yazılıb.
Türkiyə və Prezident Ərdoğana qarşı hədsiz ifadələrin yer aldığı xəbərdə İsveç hökumətinin NATO-ya üzvlük prosesi çərçivəsində terrorla mübarizə vədi də tənqid hədəfi olub. Bildirilib ki, Türkiyədə bayrağın təhqir olunmasına illərlə həbs tələb olunsa da, İsveçdə bu, qanunidir.
Mayın 3-də Türkiyə bayrağının yandırılması aksiyasının keçiriləcəyi deyilir.