“Prezident Rəcəb Tayyib Ərdoğan sağlam və güclü formada vəzifəsinin başındadır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
O deyib ki, bəzi dairələr ölkə liderinin səhhətinə dair əsassız məlumatlar yayırlar və bununla siyasi qazanc əldə etməyə çalışırlar.
Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.
Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.
Dövlət başçısının aprelin 26-na nəzərdə tutulan proqramı təxirə salınmışdı. R.T.Ərdoğan ötən gün evində istirahət edib.//Report