“Areda Survey” Araşdırmalar Mərkəzi Türkiyədə 14 may seçkiləri ilə əlaqədar keçirdiyi son sorğunun nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nəticələr səslərini 51.1 faizə yüksəldən Prezident Rəcəb Tayyib Ərdoğanın ilk turda qalib gələcəyini göstərir.
Respondentlərə “Prezident seçkilərində hansı namizədə səs verəcəksiniz” sualı ünvanlanıb. İştirakçıların 51.1 faizi Rəcəb Tayyib Ərdoğan, 42 faizi Kamal Kılıçdaroğlu, 4.1 faizi Məhərrəm İncə, 2.8 faizi Sinan Oğan cavabını verib.
Vətəndaşlar “Bəs seçkilər ikinci tura qalsa, kimsə səs verəcəksiniz” sualını da cavablandırıblar. Nəticələr göstərir ki, bu durumda Ərdoğan səslərini daha da artıracaq. İştirakçıların 53.3 faizi Rəcəb Tayyib Ərdoğan, 46.7 faizi isə Kamal Kılıçdaroğlunun adlarını çəkib.
Sorğunun nəticələri parlament seçkilərində Cümhur İttifaqının (AKP-MHP) öndə getdiyini, səs itirməkdə davam edən İYİ Partiyanın isə barajı keçə bilməyəcəyini üzə çıxarıb.
Respondentlər “Parlament seçkilərində hansı partiyaya səs verəcəksiniz” sualına belə cavab veriblər:
AKP – 41.3 faiz
CHP – 26 faiz
MHP – 8.8 faiz
Yaşıl Sol Partiya – 8.7
İYİ Partiya 7 faiz
Məmləkət Partiyası - 2,8 faiz
Türkiyə Fəhlə Partiyası – 1.7
Yenidən Rifah Partiyası – 1.5 faiz
Zəfər Partiyası – 1.4 faiz
Böyük Birlik Partiyası – 0.4
Digərləri – 0.4 faiz