ABŞ Dövlət Departamenti hərbi texnikanın artıqlığı səbəbindən Yunanıstana iki C-130 tipli nəqliyyat təyyarəsinin münasib qiymətə tədarükünü təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası (ERT) məlumat yayıb.
İki yeni təyyarənin alınması ilə bağlı razılaşmanın qısa müddətdə açıqlanmasının gözlənildiyi bildirilib.
ERT Qərbi Trakyadakı Dədəağac limanını bazaya çevirən ABŞ-ın F-35-lərlə bağlı Yunanıstana belə bir cavab verdiyini iddia edib:
“Türkiyədə keçiriləcək seçkilərdən dərhal sonra rəsmi prosesə başlamaq üçün Konqresdə tələb olunan 4 imzadan sonuncusunun atılması gözlənilir”.
ABŞ-ın tələbin qəbul olunduğuna dair məktub göndərməsi və Yunanıstanın 2028-ci ilə qədər ilk təyyarəni almağa başlaması məqsədilə danışıqların start götürməsi hədəflənir.
Digər tərəfdən, Yunanıstanın silah sistemlərini təkmilləşdirmək üçün ABŞ hökumətindən 2 milyard dollardan çox kredit və ya kredit zəmanəti şəklində əlavə maliyyə yardımı alacağı gözlənilir. Bu kontekstdə Ukraynaya S-300-lərin göndərilməsi müqabilində Yunanıstana “Patriot”ların verilməsinin mümkünlüyünün müzakirə edildiyi bildirilib.