2 May 2023 17:03
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb vilayətindəki beynəlxalq hava limanı və yaxınlığındakı digər hərbi obyektlər hədəfə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

İddiaya görə, zərbə nəticəsində 1 hərbçi həyatını itirib, 7-si yaralanıb.

Hələb beynəlxalq hava limanı gəlişmədən sonra müvəqqəti bağlanıb. SANA-nın məlumatına görə, zərbələr Hələbin cənub-şərqinə uçan İsrail təyyarələri tərəfindən endirilib.

İsrail qırıcılarının həmçinin Əs-Səfirə yaxınlığındakı hərbi obyektləri də hədəfə aldığı iddia olunur.

İsrailin “Yerusəlim Post” qəzetinin yazdığına görə, hava hücumları İran Prezidenti İbrahim Rəisinin Dəməşqə iki günlük səfərindən bir gün əvvəl həyata keçirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər