2 May 2023 22:38
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Bryansk vilayətində naməlum şəxslər yenidən dəmir yolu xəttini partladıb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 20 yük vaqonları relsdən çıxıb.

Məlumata görə, üç partlayış səsi eşidilib. Təxminən 70 vaqonun olduğu qatar Bryanskdan Karaçevə gedirmiş. Onun nə daşıdığı açıqlanmayıb.

Xatırladaq ki, ötən gün Bryansk vilayətində “naməlum qurğu”nun partlaması nəticəsində neft məhsulları və taxta-şalban daşıyan qatarın relsdən çıxması barədə məlumat yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər