3 May 2023 13:08
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

ASAL Araşdırmalar Mərkəzi 27 aprel - 2 may tarixləri arasında mayın 14-də Türkiyədə keçiriləcək seçkilərlə bağlı 26 vilayətdə apardığı sorğunun nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sorğuya 2523 nəfər qatılıb.

Partiyalar üçün nəticələr belədir:

Digər partiyalar – 3.8 faiz

Yenidən Rifah Partiyası – 1.5 faiz

Məmləkət Partiyası – 2.1 faiz

MHP - 8.0 faiz

İYİ Partiya – 8.2 faiz

HDP – 9.4 faiz

CHP - 26.7 faiz

AKP – 38.5

ASAL iştirakçılara “Bu bazar günü prezident seçkisi olsaydı, hansı namizədə səs verərdiniz” sualını da verib.

Səs nisbəti aşağıdakı kimidir:

ATA İttifaqının namizədi Sinan Oğan – 1.9 faiz

Məmləkət Partiyasının sədri Məhərrəm İncə - 2.7 faiz

CHP sədri Kamal Kılıçdaroğlu – 46.3 faiz

Prezident Rəcəb Tayyib Ərdoğan - 49.1 faiz

Respondentlərə “Əgər prezident seçkiləri ikinci tura qalsaydı və ikinci turda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu yarışsaydı, hansına səs verərdiniz” sualı da ünvanlanıb.

İştirakçıların 50.8 faizi Rəcəb Tayyib Ərdoğanın, 49.2 faizi isə Kamal Kılıçdaroğlunun adını çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər