5 May 2023 13:23
3 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran nüvə silahı əldə etməyə cəhd edəcəyi təqdirdə, ABŞ İsrailin fəaliyyət azadlığı hüququnu qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Amerika tərəfi məsələ ilə bağlı mövqeyini İrana açıq şəkildə çatırıb. Sallivan Prezident Co Baydenin İsrailin hərəkət azadlığının qəbul edilməsi də daxil olmaqla bəyanatlarını sərtləşdirə biləcəyi barədə dəfələrlə xəbərdarlıq etdiyini xatırladıb.

Prezidentin müşaviri onu da vurğulayıb ki, ABŞ İranla nüvə proqramı ilə bağlı əməkdaşlığı davam etdirəcək. Sallivan həmçinin İranın nüvə sazişindən (JCPOA) çıxmasını “drmatik səhv” adlandırıb.

Bundan əvvəl İsrail müdafiə naziri Yoav Qalant İranın beş nüvə bombası istehsal etmək üçün kifayət qədər uran topladığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər