COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirus olan SARS-CoV-2-nin tamamilə məhv edilməsi, əgər ümumiliyyətlə mümkündürsə, çox çətindir. Lakin bu infeksiyanın ictimai səhiyyə üçün yaratdığı təhlükə aradan qaldırıla bilər.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan deyib.
"Sual ondan ibarətdir ki, bu virusun yaratdığı ictimai təhlükəni aradan qaldıra bilərikmi? Və bunun cavabı - "bəli". Bu virusu tamamilə aradan qaldıra bilərikmi? Düşünürəm, bu, əgər ümumiliyyətlə mümkündürsə belə çox çətindir", - deyə o qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının proqram direktoru koronavirusun mövsümi bir xəstəliyə çevrilib-çevrilmədiyinə də aydınlıq gətirib: "Dalğalarla gələn dövri və ya epizodik bir xəstəlikdən".