Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının rəhbəri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Atatürk Hava Limanı Millət Bağçasında “Böyük İstanbul Mitinqi” keçirilib.
Teleqraf.com xəbər verir ki, rəsmi məlumata görə, mitinqə 1 milyon 700 min nəfər qatılıb.
Mitinq keçirilən ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb və mitinqə gedən hər kəs polis əməkdaşları tərəfindən yoxlanılıb. Aksiya yerinə gedən nəqliyyat vasitələrinin tam dolu , stansiya platformalarında izdihamın olduğu bildirilib