8 May 2023 12:08
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra İranın humanitar kömək adı altında İraqdan Suriyaya göndərdiyi yardım maşınlarında 30 PUA və bəzi hərbi avadanlıqlar olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzeti yazır.

Nəşr ABŞ kəşfiyyatı və İsrail hərbi mənbələrinə istinadla bildirir ki, yeni dəlillər İranın humanitar yardım adı altında gizlicə bölgəyə hərbi daşınmalar həyata keçirməsini təsdiqləyir.

İranın BMT missiyası məsələ ilə bağlı suala cavab verməzkən, hərbi avadanlıqların molla rejiminin “Qüds” briqadası tərəfindən bölgədəki yaraqlılara və proksi qüvvələrə çatdırıldığı deyilir.

ABŞ-a sızdırılmış sənədə görə, fevralın 13-də bir “Qüds” zabiti İraqdakı silahlı qruplaşmaya yardım ləvazimatları arasında silahlar yerləşdirməyi tapşırıb, başqa bir iranlı zabit isə Suriyaya daxil olan yüzlərlə maşın və malın siyahısını hazırlayıb.

İsrail ordusunun rəsmisi də “Qüds” briqadasının bu fəaliyyətlərdə iştirak etdiyini təsdiqləyib.

İsrailin Suriya və Livana silah daşımaqda şübhəli bilinən konvoyları hədəfə aldığı, amma real humanitar yardıma dəymə riskinin işi çətinləşdirdiyi də bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər