8 May 2023 21:18
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə İran Xarici işlər naziri Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Cozep Borrell Tvitter paylaşımında bildirib:

"İran xarici işlər naziri Abdullahiyan ilə telefon danışığı zamanı mən İsveç vətəndaşı olan iranlı Həbib Çaabın edam edilməsini şiddətlə qınadım və İrandan Almaniya vətəndaşı olan iranlı Cəmşid Şarmandın edam edilməməsini xahiş etdim".

Borrell söhbət zamanı İranı Ukraynadakı müharibədə Rusiyaya verdiyi dəstəyi dayandırmağa, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı davam etdirməyə çağırıb.

"Mən vurğuladım ki, İran BAEA ilə ıməkdaşlığı davam etməli və Rusiyanı Ukraynaya qarşı müharibəsində dəstəkləməyə son verməli və Aİ vətəndaşlarını alət kimi istifadə etməyi dayandırmalıdır", - Borrell qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər