“Optimar” Araşdırmalar Şirkəti mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı apardığı son sorğularının nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sorğu 9-11 may tarixlərində 81 vilayətdə 5 950 nəfərin iştirakı ilə keçirilib.
Sorğunun nəticələrinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 50.4 faizlə seçkidə qalib gəlir. Ərdoğanı 44.7 faizlə CHP sədri Kamal Kılıçdaroğlu, 3.4 faizlə ATA İttifaqının namizədi Sinan Oğan və 1.5 faizlə Məmləkət Partiyasının sədri Məhərrəm İncə izləyir.
Digər tərəfdən, Məhərrəm İncə namizədlikdən geri çəkildiyini açıqlayıb. Adı bülletendə qalan İncə ikinci tura vəsiqə qazana bilməyəcək. Seçkidə qalib gəlib rəsmi müraciət edəcəyi təqdirdə belə, mandat verilməyəcək.