“Məmləkət Partiyasının sədri Məhərrəm İncənin prezident seçkilərindən çəkilməsinə üzüldüm”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Açıqlamasında “45 il yaşamadıqlarımı 45 günə yaşadım” deməsinə çox kədərləndim. Ürəyim sızıldadı. Bizim də partiyamızdan ayrılan olub. Amma şantajla hədələmək doğru deyil.
FETÖ üsullarını siyasətə çevirmək yanlışdır", - nazir bildirib.