13 May 2023 17:45
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa 76-cı Kann Film Festivalının keçiriləcəyi bölgədə nümayişlərə qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, dünya şöhrətli festival mayın 16-dan 27-dək Alpes-Maritimes əyalətinin Kann şəhərində keçiriləcək.

Alpes-Dəniz valiliyi tərəfindən dərc edilən qərarda Kann şəhərinin festival zamanı 120 min insanı qəbul edəcəyi bildirilib.

Qərarda qeyd edilib ki, mayın 16-dan mayın 28-dək saat 06:00-dək festival ərazisində nümayiş təşkil etmək qadağandır.

Qeyd edək ki, ölkədə qüvvəyə minən pensiya islahatına qarşı olan Ümumi Əmək İttifaqının (CGT) enerji qolu Kann Film Festivalı keçirilərkən elektrik enerjisini kəsməklə hədələyib.

Təqaüd yaşını tədricən 62-dən 64-ə qaldıran islahat əleyhinə ölkə daxilində çoxsaylı nümayişlər keçirilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər