Ukrayna prezidenti Vladimir Zelenski Papa Fransiski Ukraynanın “sülh formulu”nu həyata keçirməsində iştiraka dəvət edib.
Teleqraf.com xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yazıb.
“Papa Fransisklə görüşdə əsas diqqət Rusiyanın hərbi təcavüzünün dayandırılması və sülhün bərpasına yönəldilib. Mən ondan Ukraynanın sülh formulunun həyata keçirilməsində, xüsusilə ərzaq təhlükəsizliyi, məhbusların və deportasiya edilənlərin azad edilməsi və ədalətin bərpası məsələlərində hərtərəfli köməklik göstərilməsini xahiş etdim. Müharibə Ukrayna ərazisində olduğundan, sülh planı yalnız Ukrayna ola bilər”, - deyə Zelenski yazıb.
Bundan əvvəl İtaliyanın baş naziri Giorgio Meloni bildirmişdi ki, Roma lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək.