2014-cü ildə qiyməti 46 faiz nisbətində geriləyən neft yeni ildə də aşağı istiqamət alıb.
Teleqraf.com xəbər verir ki, Asiya və Avropadakı emal sənayelərinin zəifləməsi neftin qiymətini aşağı çəkməkdədir. Neft son 5.5 ilin ən aşağı səviyyəsində icra olunur.
Amerikanın xam neftinin bareli 51,72 dollar, Brent tipli xam neftin qiyməti isə 55 dollar səviyyəsinə qədər düşüb.
Onu da bildirək ki, ABŞ və Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neftin gələcəyi mövzusunda ortaq nöqtəyə gələ bilmirlər.