17 May 2023 13:32
5 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə prezident seçkilərinin birinci turunda aldığı 5.17 faiz səslə ikinci turda əsas fiqur kimi görünən ATA İttifaqının namizədi Sinan Oğan müxalifətin Millət İttifaqının “mühasirə”sinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Akit” qəzeti yazır.

Kulis məlumatına görə, bəzi təqaüdçü hərbçilərin Sinan Oğanın yanına getdikləri və Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun onunla birlikdə hərəkət etmək istədiyini, bunun müqabilində türk dünyasından məsul nazirlikdə və hökumətdə istədiyi vəzifəni təklif etdiyini bildiriblər.

Oğanın bu təklifə dəqiq cavab verməsə də, ATA İttifaqının təsisçisi, Zəfər Partiyasının rəhbəri Ümit Özdağın adını çəkdiyi, ona da nazirlik verilməsi lazım olduğunu dediyi iddia olunur. Kılıçdaroğlunun Oğanı nəyin bahasına olur-olsun Millət İttifaqına cəlb etməkdə qərarlı olduğu deyilir.

Nəşr seçkilərin ilk turunda Prezident Rəcəb Tayyib Ərdoğana böyük fərqlə məğlub olan Kılıçdaroğlunun dəstəyini almaq üçün Oğana istədiyi hər şeyi verməyə hazır olduğunu yazır.

İddia olunur ki, Kılıçdaroğlu Sinan Oğan və Ümit Özdağa göndərdiyi vasitəçilərlə Ərdoğanın qələbəsinin qarşısını almaq üçün əlindən gələni edəcəyi təəssüratı yaratmağa çalışır.

Ankara kulislərində dolaşan iddiaya görə, Kılıçdaroğlu Oğana bu səbəbdən türk dünyasından məsul nazirlikdən başqa, dövlətin istənilən qurumunda istədiyi yeri verəcəyini açıq şəkildə çatdırıb.

Sövdələşmənin bu nöqtəsində Özdağın araya girib, Oğana təzyiq edərək iki nazirlik istəməsi və Oğanın da bunu uyğun şəkildə vasitəçilərə çatdırdığı iddiaları arasındadır.

Kulisdə deyilənlərə görə, bir nazirlik üzərindən başlayan təklif qısa zamanda iki nazirlik tələbinə çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər