18 May 2023 13:56
2 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın əks-hücum ilə bağlı açıqlamalarını “dezinformasiya” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Belarus lideri texnika və canlı qüvvə ilə döyüşməyi “dəlilik” hesab edir.

Onun fikrincə, ən böyük dezinformasiya bu əks-hücumla bağlıdır, heç bir əks-hücum yoxdur və ola da bilməz.

Lukaşenko döyüşlərin (Rusiya-Ukrayna müharibəsinin – red.) dayandırılması üçün ukraynalılara təzyiq edilməsinin tərəfdarı olduğuna da eyham vurub.

Belarus lideri əsas hədəflərdən birinin ölkəsi olduğu iddiasını da irəli sürüb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər