22 May 2023 17:22
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkisinin ikinci turunda ATA İttifaqının keçmiş namizədi Sinan Oğanın kimi dəstəkləyəcəyi müzakirə edilir.

Teleqraf.com xəbər verir ki, bu kontekstdə həm müxalifət, həm də iqtidar Oğan və ATA İttifaqının digər üzvləri ilə danışıqlar aparır.

Oğan üç gün əvvəl Prezident Tayyib Ərdoğanla görüşüb. Bu gəlişmədən sonra ittifaqda yer alan Zəfər Partiyasının sədri Ümit Özdağ partiyasına “Sinan Oğanla yollar ayrıla bilər, amma ünsiyyət davam edəcək” dediyi iddia olunub.

Məsələ ilə bağlı Sinan Oğandan yeni açıqlama gəlib.

“Bütün prosesi Ümit bəylə məsləhətləşərək apardıq. Fərqli şeylər düşünsək də, məsləhətləşirik. Aramızda heç bir problem yoxdur. Hər şeydən danışırıq. Tək Ümit bəylə yox, başqa dostlarla da. Ümit bəylə dostluğumuz, hüququmuz var. Amma qərarımız eyni olmaq məcburiyyətində deyil”, - Oğan deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər