Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğanın onu dəsləkləməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin canlı yayımında deyib.
“Bu bizim gözləntimiz idi. Müxalifətin Sinan bəyə qarşı linç kampaniyası aparacağını gözləyirdik. Amma Sinan bəy açıqlaması ilə mövqeyini ortaya qoydu. Mayın 28-də millətimin mövqeyi Sinan bəyin mövqeyi ilə birləşəcək. Ümid edirəm ki, yerli və milli anlayışla ikinci dövrə girəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, ATA İttifaqının Türkiyə Prezidenti postuna namizədi Sinan Oğan ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.