26 May 2023 22:06
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya gəlməkdən imtina etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarını dövlət başçısı tviterdə açıqlayıb.

“Mən indicə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Ona Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Foruma getməyə dəvətinə görə təşəkkür etdim və cavab verdim ki, hələlik Rusiyaya gedə bilmirəm, lakin Braziliyanın Hindistan, İndoneziya və Çinlə yanaşı sülh axtarışında münaqişənin hər iki tərəfi ilə danışıqlar aparmağa hazır olduğunu təsdiqlədim”, - Cənubi Amerika ölkəsinin lideri sosial şəbəkədə qeyd edib.

Xatırladaq ki, daha öncə Silva Rusiyanın Ukraynadakı müharibəsinin həllində Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə vasitəçiliyi müzakirə etdiyini, həmçinin müharibəni bitirmək üçün “siyasi G20”nin yaradılmasından yana olduğunu vurğulayıb.

Qeyd edək ki, Silva Rusiya Prezidenti Vladimir Putinlə dəfələrlə hədsiz dostluq münasibətində olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər