27 May 2023 08:43
5 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidməti 2022-ci ilin oktyabrında Krım körpüsünü partlatmaq üçün müəyyən addımlar atıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Xidmətin rəisi Vasili Malyuk jurnalist Dmitro Komarova müsahibəsində bildirib.

Bildirib ki, düşmənin logistik yolunu kəsmək üçün beynəlxalq hüquqa və döyüş adət və ənənələrinə uyğun olaraq zəruri addımlar atılıb.

Qeyd edək ki, Krım körpüsünün uzunluğu 19 kilometrdir. Avtomobil hissəsi 2018-ci ilin mayında istifadəyə verilib və 2019-cu ilin dekabrında onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkətə başlayıb. Krım körpüsündə partlayış 2022-ci il oktyabrın 8-də baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər