27 May 2023 21:48
2 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın saatlarda Rusiya qoşunları müvəqqəti işğal altında olan Zaporoje atom elektrik stansiyasında (AES) irimiqyaslı təxribat törədəcək və bunun ətrafında “qəza təəssüratı” yaradacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bunun üçün birbaşa Zaporoje AES-in ərazisinə zərbə endiriləcək. Bundan sonra radioaktiv maddələrin havaya sızdığını açıqlayacaq. Hadisədə ənənəvi olaraq Ukrayna günahlandırılacaq”, - məlumatda deyilir.

İdarənin məlumatına görə, ruslar öz addımlarını mümkün qədər gizlətmək üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin missiyasının mayın 26-na planlaşdırılan səfər proqramını pozublar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər