Bu gün Türkiyə təhlükəsizlik qüvvələri sosial şəbəkələrdə ölkədə prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə bağlı təxribat xarakterli mesajların yayılmasına görə 5 nəfəri saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Onlar sosial şəbəkələrdə prezident seçkilərinin ikinci turunda səsvermənin gedişi ilə bağlı ictimaiyyətdə yanlış və qeyri-real təsəvvür yarada biləcək təxribat və manipulyasiya xarakterli mesajlar yaymaqla ictimai asayişi pozmağa cəhddə ittiham olunurlar.