ABŞ Prezidenti Cozef Bayden Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bayden tviterdə paylaşım edib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən ikitərəfli məsələlər və ümumi qlobal çağırışlar üzrə NATO müttəfiqimizlə birgə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm” - Bayden vurğulayıb.