Şimali Koreyanın kəşfiyyat peykinin orbitə buraxılışı uğursuz olub.
Teleqraf.com xəbər verir ki, daşıyıcı raket mühərrikdə olan nasazlıq səbəbindən Sarı dənizə düşüb. Agentliyin məlumatına görə, KXDR Dövlət Kosmik İnkişaf Agentliyi “ciddi” qüsurları araşdıracaq. Pxenyan yaxın vaxtlarda ikinci peyki buraxmağı planlaşdırır.