Türkiyə və Misir prezidentləri Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisi arasında görüş yaxın 3-6 ay ərzində baş tuta bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Saleh Mutlu Şən məlumat verib.
“Prezident Sisinin Prezident Ərdoğana göndərdiyi təbrik məktubu və iki lider arasında telefon danışığı çox səmimi addım idi. Deyərdim ki, bu addım münasibətləri yaxşılaşdırmaq üçün güclü siyasi istəyin təsdiqidir.
Artıq diplomatik münasibətlərin ən yüksək, qarşılıqlı səfirlərin təyin edilməsi səviyyəsinə qaldırılması qərara alınıb. İki lider arasında görüş də olacaq. Bunun yaxın 3-6 ay ərzində baş tutacağını gözləyirəm. Prezident Ərdoğanın qarşıdakı aylarda da sıx qrafiki olacaq. Liderlərin bu ilin sonuna kimi Ankara və ya Qahirədə görüşəcəyini proqnozlaşdırıram”, - diplomat deyib.