Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və Pentaqonun rəhbəri Lloyd Ostin Sinqapurda Şanqri-La dialoqu təhlükəsizlik konfransı çərçivəsində görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdən sonra Reznikov öz tviter səhifəsində Ukrayna ilə ABŞ arasında tərəfdaşlığın güclü olduğunu yazıb, həmçinin birgə işlərin davam etdiriləcəyini bildirib.