4 İyun 2023 17:25
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa insan haqları barədə yalnız onun məqsədlərinə uyğun gələndə danışır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” kanalının efirində Qərbin Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətini atəşə tutması və insan haqlarının pozulmasına səssizliyini şərh edərkən deyib.

Peskovun sözlərinə görə, bütün hüquq və normalara istinad yalnız bu mövqenin avropalılar üçün faydalı olduğu məqamlarda baş verə bilər.

"Onlar narahat olduqda bu cür səssizlik hökm sürür" – deyə Peskov vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər