4 İyun 2023 18:04
7 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərbdən Kiyevə yeni silah tədarükü gərginliyin daha da artmasına səbəb olacaq".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində deyib.

Kreml sözçüsü Fransa və Almaniyadan çoxmənzilli raketlərin Ukraynaya çatdırılmasının müzakirəsinə işarə edib.

"Bu, keyfiyyətcə tamamilə fərqli bir silahdır, deyək ki, artıq məcburi gərginlik spiralında növbəti dönüşə səbəb olacaq", - Peskov bildirib.

Qeyd edək ki, iyunun 1-də Avropa Parlamenti (AP) Brüsseldə keçirilən plenar iclasda Avropa İttifaqında (Aİ) döyüş sursatı və raket istehsalının artırılması və sürətləndirilməsinə dair qanun layihəsinin lehinə səs verib. Avropa Parlamentinin mətbuat xidmətinin məlumatına görə, qanun Ukraynaya sursat və raketlərin tədarükünü sürətləndirmək, həmçinin Aİ-yə üzv ölkələrin müdafiə arsenallarının artırılmasını dəstəkləmək məqsədi daşıyır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər